Yuma Təlimatları
Yuma təlimatları : Geyim etiketləri içərisində yuma təlimatları xüsusi yer alır. Əgər bir geyim fabrik məhsuludursa onda mütləq yuma təlimatları olmalıdı. Bir qayda olaraq yuma təlimatları paltarın iç qismində yerləşdirilir. Bu və ya digər tekstil məhsulunun, keyfiyyət göstəricisi məhz yuma təlimatlarından asılıdır. Beləki paltarın üzərində olan yuma təlimatlarına baxmadan orda yazılan qaydalara əməl etmədən yumaq geyimin tez zamanda zədələnməsi, korlanması ilə nəticələnə bilər.
Yuma təlimatlarının materialına gəldikdə isə qeyd etməliyik ki bu etiket çeşidi daha dözümlü və eyni zamanda daha nazik olmalıdı. Nəzər alsaq ki geyimlərdə iç hissədə yer alır və bədənə daha çox təmas edir. Buna görə də bu etiketlər nazik və dözümlü olmalıdır.
İki cür materialdan istifadə edilir.
- JAPON AKMAZ
- İngilis saten
Japon akmaz kağıza bənzərliyi çox olsa da kağızdan daha dözümlüdür. Belə ki istiyə, suya, kimyəvi tozların təsirinə qarşı daha dayanıqlıdır. Japon akmaz demək olar ki bütün geyimlərimizdə çox sıx təsadüf edilir.
İngilis saten ipək materiala daha çox oxşayır. Bu materiala daha çox iç geyimlərdə təsadüf ediliri. Daha nazik və elastik olduğuna görə iç geyimlərdə narahatlıq hissi yaratmır.
Yuma təlimatlarında hansı məlumatlar olmalıdı?
Ən təməl məlumatlar – ütü işarəsi – buxar və buxarsız ütülərdən istifadə edilməsini göstərir. Ağardıcı məhlulundan istifadə edib etməmək. Paltaryuma maşınında yuyulması və hansı dərəcədə yuyulması lazım olduğunu göstərən işarə və s.