Toxunma, parça etiket

Toxunma etiket- Demək olar ki, geyindiyimiz bütün paltarlarda bu etiket növünə rast gəlirik. Toxunma etiketlər mayka, kofta, donlarda, köynəklərdə, qalstuk, şalvar və s. geyimlərlə yanaşı yumşaq mebellərdə də çox sıxlıqla təsadüf edilir. Parça etiketlər məhsula bir növ kefiyyət göstəricisi  kimi brend ab havası gətirməklə qalmır, həm də məhsul haqqında çox qısa informasiya da vermiş olur. Toxunma etiketlər bir növ geyimlərin orijinal olduğunu təsdiq edir və alıcıda həmin geyimə qarşı inam hissi yaratmış olur. Çox yüksək keyfiyyətli məhsul istehsal edə bilərsiz amma müştəri bu məhsulla tanış olmaq üçün üstündə mütləq bir yazı axtaracaq. Bu yazı isə məhz məhsulun etiketi olmalıdır.


Geyimlərdə toxunma etiketlər daha çox boyunun arxa hissəsinə iki tərəfdən tikilmiş vəziyyətdə olur. Yumşaq mebellərdə (stul, divan, kreslo) isə etiket ortadan qatlanaraq arxa tərəfdə gözə az görünəcək şəkildə bərkidilir.

Parça etiket

Məhsul qədər etiketlərin də keyfiyyəti çox önəmlidir. Belə ki geyimlər yuyulduğu zaman etiketin rənginin çıxması və ya sökülməsi markanın mövqeyinə olduqca böyük zərbə vura bilər. etiket.az -da hazırlanan etiketlər sıfırdan orijinal iplərlə toxunulur. Etiketin istehsalında heç bir əlavə boya maddəsindən istifadə edilmir. Etiketlər Avropa standartlarına uyğun normativlərlə istehsal edilir.

Toxunma etiketlərdə yer alacaq məlumatlar aşağıdakı kimidir:

  • Firmanızın, atelyenizin, tekstil fabrikinin  yalnızca loqosundan ibarət ola bilər.
  • Şirkətin adı və ya loqosu ilə bərabər istehsal olunduğu ölkə adı yazıla bilər. məs., “made in Azerbaijan” “made in Turkey” və s.
  • Toxunma etiketdə geyimin hazırlandığı parçanın tərkibi haqqında informaiya verilə bilər. məsələn tərkibində nece faiz pambıq olması və s.
  • Müxtəlif geyim ölçü standartları yazıla bilər : S,M, L, XL, XXL və s. kimi.

BƏS TOXUNMA ETİKETLƏR NECƏ HAZIRLANIR?

Dizayn mərhələsi: Müştəridən əldə etdiyimiz məlumatlar əsasında etiketin dizaynı hazırlanır. Toxunma etiketlər standart olaraq iki rəngdən ibarət olur. Çox rəngli də hazırlamaq mümkündür bu zaman qiymət artımı yarana bilər. 

Toxunma etiket -dizayn

İplik seçimi: İplər daha çox  dizayndakı rənglərlə uyğunlaşdırılır. Standart rəglərdən əlavə simli yəni zərli iplər də var. Zərli, simli iplər qızılı, gümüşü ola bilər. 

İstehsal mərhələsi: Dizayn və ip seçimi bitdikdən sonra etiketlər toxunması üçün makinaya göndərilir. Toxunma prosesi bitdikdən sonra lazer kəsm mərhələsi başlayır. Əgər etiketlər ortadan qatlama varsa qatlama prosessindən də keçir. Paketlənir və üzərində ədəd sayını göstərən stikerlər vurulur.

Etiket – parca etiketlerin hazırlanması

Etiketin standart ölçüləri

toxunma parça etiketlər müştərinin istəyinə uyğun istənilən ölçüdə hazırlana bilər. Buna baxmayaraq bizim standart kimi qəbul etdiyimiz ölçülər də var. Bunlar 20x30mm, 15x50mm, 20x60mm, 25x70mm, 40x40mm kimi qəbul edilir. Ən balaca ölçü olaraq 15mm qəbul edilmişdi. 15x70mm aralığında olan bütün etiketlərin qiyməti eyni olaraq tənzimlənir.

 Ədəd sayı: Toxunma etiketlər bir qayda olaraq 1000 ədəddən başlayır. Əgər ədəd sayı 1000 -dən çox olarsa qiymət dəfələrlə ucuzlaşır. Bunun üçün isə siz etiket.az-ın əlaqə bölməsindən bizimlə əlaqə saxlayaraq qiymət təklifi ala bilərsiniz