Karton Etiket

Karton etiket; Məhsulun tanıdılmasında böyük rolu olan, tekstil etiketləri arasında fərqli dizaynı ilə məhsula daha dəbdəbəli görünüş təmin edən məhsul üzərində ilk diqqət çəkən etiket növüdür.  Müxtəlif kəsm bıçaqları sayəsində istənilən tərz və şəkildə istehsal edilə bilir.Kağız etiket çapı material baxımndan müxtəlif qalınlıqda ola bilər. Əsasən 350 qr kağız üzəri mat laminasiyalı olur. Bununla yanaşı Karton etiketlər 700 qr kağızdan üzərində müəyyən hissələri qabartmalı ola bilər.  Bütün bu əlavə vasitələr karton etiketin zənginliyini artıraraq məhsula məni al gətirir!  Əlbəttə ki məqsədin reklam olduğu və bu səbəblə də karton etiketin ən əsası dekorativ görünməsi unudulmamalıdır.

Karton etiketlərin dizaynı: Kağız etiketlərdə sadə dizayn daha çox önəmlidir. Bununla yanaşı etiketlərdə bir neçə vacib məlumatlar da yer almalıdır. Tekstil firmasının adı və ya loqosu İstehsalçı ölkənin adı Geyimin ölçüsü, qiyməti, modeli və s.

Etiketlərin yuxarı hissəsindən 5mm və 3mm diametrində dəliklər açılır. Etiketlər daha çox iplərlə birgə istifadə edilir. Bu iplər klipslər adlanır. Satışda bu cür iplər olsa da  hər firmaya uyğun individual klipslər hazırlamaq mümükündür.

Karton etiketin istifadəsi iplə birgə istifadə edilsə də sifarişləri ayrı-ayrılıqda qəbul edilir.  Karton etiketlərin materialindan, üzərindəki effetlərindən, sayından asılı olaraq dəyişir bunun üçün etiket.az- ın əlaqə bölməsi vasitəsilə qiymət təklifi ala bilərsiz.